Polis hərəkətin intensiv olduğu yollarda gücləndirilmiş rejimdə çalışır - VİDEO

17:50 09.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları hərəkətin intensiv olduğu avtomobil yollarında gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Hafta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qeyd olunub ki, respublika ərazisində, xüsusilə də paytaxtın avtomobil yollarında hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz xidmət aparırlar. Onlar tərəfindən mütəmadi olaraq profilaktik-maarifləndirmə tədbirləri keçirilir.